Bakı Dairəvi və Bakı-Quba yolunda təmir işləri aparılır

Bakı Dairəvi və Bakı-Quba yolunda təmir işləri aparılır
# 21 may 2018 09:57 (UTC +04:00)

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunun 0-14 km-də, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-16 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən avtomobil yollarında hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

"Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR