Goranboyda iki avtomobİl toqquşub, xəsarət alan var

Goranboyda iki avtomobİl toqquşub, xəsarət alan var
# 28 fevral 2017 07:24 (UTC +04:00)

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Goranboy rayonunun Ağcakənd kənd sakini, 1962-ci il təvəllüdlü Ağayev Elbəy Ağaxan oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR