Tovuz sakinini ilan sancıb

Tovuz sakinini ilan sancıb
# 07 may 2018 12:40 (UTC +04:00)

Tovuzda 33 yaşlı kişini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Hunanlar kənd sakini, 1985-ci il təvəllüdlü Novruzov Ramin Viktor oğlu sağ qolundan ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Hunanlar kəndindən daha bir nəfəri ilan sancmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR