Ucarda bir həftə əvvəl baş verən partlayışda xəsərət alan ata-ana və övladları xəstəxanada ölüb

Ucarda bir həftə əvvəl baş verən partlayışda xəsərət alan ata-ana və övladları xəstəxanada ölüb
# 21 noyabr 2016 06:58 (UTC +04:00)

Ucarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb.

APA-nın məlumatına görə, bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər.

Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z. Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR