Azərbaycanın 8 maliyyə təşkilatı Kənd Təsərrüfatı Nazirliyi ilə niyyət protokolu imzalayıb

Azərbaycanın 8 maliyyə təşkilatı Kənd Təsərrüfatı Nazirliyi ilə niyyət protokolu imzalayıb
# 24 may 2018 09:09 (UTC +04:00)

Fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində şəffaflığı təmin etmək məqsədilə bir sıra bank və bank olmayan təşkilatlarla niyyət protokolları imzalanıb.

"APA-Economics" xəbər verir ki, protokollar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Paşa Bank" ASC, "Kapital Bank" ASC, "TuranBank" ASC, "Rabitəbank" ASC, "Aqrarkredit" QSC BOKT, "Finoko" BOKT ASC, "Finans İnvest" BOKT ilə bağlanılıb.

Protokolun imzalanmasında məqsəd aqrar sahənin maliyyə çıxışının asanlaşdırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR