® "Bank VTB (Azərbaycan)" korporativ müştərilərə daha sərfəli əmanət təklif edir

<font color=red>® </font>"Bank VTB (Azərbaycan)" korporativ müştərilərə daha sərfəli əmanət təklif edir
# 27 iyul 2017 12:57 (UTC +04:00)

"Bank VTB (Azərbaycan)" korporativ müştərilər üçün nəzərdə tutulan “Klassik” əmanət üzrə şərtləri yeniləyərək daha əlverişli edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, əmanəti həm manat, həm dollarda yerləşdirmək mümkündür. Depozit üzrə minimal məbləğ 30 min manatadək (və ya 30 min dollaradək) endirilib. Manatla olan əmanətlər üçün faiz dərəcəsi 13%, dollarda olanlar üçün 3% təşkil edir.

Əmanətin faiz dərəcəsi həmçinin məbləğdən asılı olaraq dəyişir. Əgər məbləğ 100 min manat (və ya 100 min dolları) keçmirsə, müddətdən və faizlərin ödənilməsi şərtlərindən asılı olaraq manat depozitləri üçün faiz dərəcəsi 4,9%-dən 11%-dək, dollar depozitləri üçün isə - 2,5%-dək dəyişir.

Əmanət məbləği 100 min manatdan 300 min manatadək (və ya dollar) olduğu halda faiz dərəcələri milli valyutada olan depozitlər üzrə 12%-dək, dollarda olan əmanətlər üzrə isə 3%-dək arta bilər. 300 000 manatdan artıq vəsait yerləşdirildiyi halda gəlirlilik 13%-dək, dollarda olan əmanətlərdə isə 3%-dək yüksəlir.

“Klassik” əmanəti 3, 6 və 12 ay müddətinə yerləşdirilə bilər. Faizlər rüblük və ya depozit müddətinin sonunda ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR