Üç ay ərzində yarım tondan çox narkotik vasitə müsadirə olunub

Üç ay ərzində yarım tondan çox narkotik vasitə müsadirə olunub
# 30 aprel 2018 13:44 (UTC +04:00)

Bu ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 887 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, aşkar edilən faktlardan 304-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil edib.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kq 631,681 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədəd çətənə kolu müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR