Qətldə təqsirləndirilən şəxs 12 illik həbs cəzası alıb

Qətldə təqsirləndirilən şəxs 12 illik həbs cəzası alıb
# 26 oktyabr 2016 15:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V. İbrahimov barəsində əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılmışdı. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin mərhumu qəsdən öldürmək niyyətinin olmadığı, Namiq Bayramova ehtiyatsızlıqdan bıçaqla zərbə endirdiyi müəyyən edilib. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub. Hökm elan edilərkən məlum olub ki, V. İbrahimov daha əvvəl də ağır cinayət əməli törədib.

Sonuncu hadisənin təfərrüatına gəlincə, V. İbrahimov mərhumu evinin qarşısında söyüş söydüyü üçün qətlə yetirib. Hadisə Türkan qəsəbəsində baş verib. Məlumata görə, Namiq Bayramov içkili halda V. İbrahimovun evinin qarşısında söyüş söyüb. V. İbrahimov ona xəbərdarlıq etməsinə baxmayaraq, içkili olan şəxs sonu da təhqir edib. Tərəflərin mübahisəsi davaya çevrilib. N. Bayramov V. İbrahimovu yumruqlayıb, ikinci isə ona bıçaq zərbəsi endirib. Məhkəmədə məlum olub ki, N. Bayramov qarın nahiyəsindən xəsarət aldıqdan sonra xəstəxanaya getməkdən imtina edib. O, yaralı şəkildə 10 saata yaxın V. İbrahimovun yanında olub. V. İbrahimovun istəyi ilə xəstəxanaya getsələr də, N. Bayramov çoxlu qan itirdiyi üçün bu il may ayının 12-də xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR