Fransa XİN: Rusiya və İran BMT qətnaməsinin Şərqi Qutada yerinə yetirilməsinə məsuliyyət daşıyır

Fransa XİN: Rusiya və İran BMT qətnaməsinin Şərqi Qutada yerinə yetirilməsinə məsuliyyət daşıyır
# 08 mart 2018 08:48 (UTC +04:00)

Fransa xarici işlər naziri Jan-İv Le Drian Rusiya və İranın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin Suriyanın Şərqi Quta bölgəsində yeninə yetirilməsinə məsuliyyət daşıdığını bəyan edib.

APA-nın "C News" telekanalına istinadən verdiyi məlumata görə, Fransa xarici işlər naziri deyib ki, Rusiya və İran Şərqi Qutada atəşkəsin təmin olunması üçün Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərməlidir.

Jan-İv Le Drian onu da bildirib ki, Rusiya böyük ölkədir və böyük gücə malik bu dövlətə hörmətlə yanaşılmalıdır: "Ancaq Rusiyanın xarici siyasəti bizi narahat edir".

Qeyd edək ki, Dəməşq ətrafındakı Şərqi Quta bölgəsinin Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşağın ölümü dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. Fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib. Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR