MSK sədri Milli Şuranın mitinqinin seçkiqabağı təşviqata zidd olub-olmamasına münasibət bildirib

MSK sədri Milli Şuranın mitinqinin seçkiqabağı təşviqata zidd olub-olmamasına münasibət bildirib
# 07 mart 2018 08:57 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Şuranın martın 10-na təyin etdiyi mitinqin seçkiqabağı təşviqata zidd olub-olmaması barədə sualı cavablandırıb.

APA-nın məlumatına görə, MSK sədri deyib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-da başlanır.

Onun sözlərinə görə, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır: "Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur. Həm də hesab edirəm ki, siyasi partiyalar kifayət qədər təcrübəlidir. İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR