Şahindoxt Mollaverdi: “Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair müqavilə hazırdır”

Şahindoxt Mollaverdi: “Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair müqavilə hazırdır”
# 06 aprel 2017 08:23 (UTC +04:00)

“Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair icra edici müqavilə (icra olunacaq proqram sənədi) hazırdır”.

Bunu APA-nın Tehran bürosuna İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini xanım Şahindoxt Mollaverdi deyib. O bildirib ki, hazırda sənədin imzalanması üçün əlverişli şərait gözləyirlər.

Ş. Molaverdi Azərbaycanla İran arasında bu sahədə əməkdaşlıq haqqında memorandumun mövcud olduğunu xatırladıb: “Memorandumun icrası ilə bağlı müqavilə imzalandıqdan sonra əməkdaşlıq geniş vüsət alacaq. Müqavilədə elmi heyətlərin, sahibkarların qarşılıqlı səfəri, iki ölkənin qadınlarının iştirakı ilə müştərək seminarların təşkili nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR