Keçmiş məhkumdan avtomat götürülüb

Keçmiş məhkumdan avtomat götürülüb
# 25 fevral 2017 09:22 (UTC +04:00)

Bakı sakinindən odlu silah götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camal Bədirovdan qundağı kəsilmiş "AK-74" markalı silah, 10 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.



Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR