Səudiyyə Ərəbistanı Avropaya nəql etdiyi nefti bahalaşdırıb

Səudiyyə Ərəbistanı Avropaya nəql etdiyi nefti bahalaşdırıb
# 06 dekabr 2016 10:31 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Asiya və qismən ABŞ-a nəql olunan neftin qiymətini endirib, Avropa üçün artırıb. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Saudi Arabian Oil Co" ("Saudi Aramco") dövlət korporasiyasının yaydığı məlumatda bildirilir.

Qiymətlərdə dəyişiklik yanvar ayından qüvvəyə minir.

Beləliklə, yanvardan qiymətləri dəyişən markalar bunlardır: "Arab Super Light" (1 barrelə görə 1,5 dollar), "Arab Light" və "Arab Extra Light" (1,2 dollar), "Arab Medium" (1 dollar), "Arab Heavy" (0,60 dollar).

Ekspertlər qiymətlərdə ciddi dəyişiklik gözləyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR