"Volkswagen" xərclərini 10% azaldır

"Volkswagen" xərclərini 10% azaldır
# 17 oktyabr 2016 05:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Volkswagen" avtomobil konserni "dizel qalmaqalı" üzrə kompensasiyaların ödənişi səbəbindən 2017-ci ildə xərclərini 10% azaldacaq. "APA-Economics" xəbər verir ki, bunu konsernin rəhhbəri Mattias Müller deyib.

"Xərclərin azaldılması ağır prosesdir. Lakin şirkət avtomobil sənayesindəki struktur dəyişikliklərinə riayət etməlidir ki, bu da az xərc aparmır", - deyə şirkət rəhbəri əlavə edib.

Qeyd edək ki, noyabrın 18-də şirkətin Müşahidə Şurasının iclası keçiriləcək. Həmin iclasda qarşıdan gələn illər üzrə xərclərin planı təsdiqlənməlidir.

Bundan öncə "The Wall Sreet Journal" yazıb ki, "Volkswagen" ABŞ-dakı dilerlə $1,2 mrld. həcmində təzminat ödəməyə razılaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR