Xaçmazda iki maşın toqquşub, üç nəfər xəsarət alıb

Xaçmazda iki maşın toqquşub, üç nəfər xəsarət alıb
# 02 mart 2017 18:18 (UTC +04:00)

Xaçmazda iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. APA-nın şimal bürosunun məlumatına görə, hadisə Qəndab-Yalama yolunun 38-ci kilometrliyində, Xaçmaz rayonu Qusarçay kəndi ərazisində qeydə alınıb.

“Reno” markalı avtomaşınla “VAZ 2105" markalı toqquşub. Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR