Kapitalı 1 mln. manat olan holdinq qeydiyyatdan keçib

Kapitalı 1 mln. manat olan holdinq qeydiyyatdan keçib
# 04 oktyabr 2017 09:39 (UTC +04:00)

Vergilər Nazirliyi 2017-ci ilin iyul ayının 3-də "GP Cotton Holdings" MMC-ni dövlət qeydiyyatına alıb.


"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, holdinqin nizamnamə kapitalı 1 mln. manatdır.


MMC-nin qanuni təmsilçisi Həsənov Rövşən Həsən oğludur.


Holdinqin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206-dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR