Azərbaycan Xəzərin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənədin müzakirəsini məqsədəuyğun saymır

Azərbaycan Xəzərin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənədin müzakirəsini məqsədəuyğun saymır
# 25 yanvar 2017 08:22 (UTC +04:00)

Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılır.

APA-nın məlumatına görə, bu barədə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupunun Bakıda keçirilən iclasında qrupun Azərbaycan üzrə sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edir: "Lakin müvafiq Konvensiyanın qəbul edilməsinə qədər Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənəd layihəsinin müzakirəsini məqsədəuyğun hesab etmirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR