Qazaxda 7 yaşlı qızı ilan sancıb

Qazaxda 7 yaşlı qızı ilan sancıb
# 21 avqust 2017 10:42 (UTC +04:00)

Qazax rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Daş Salahlı kənd sakini, 2010-cu il təvəllüdlü Məryəm Əfəndiyeva həyətdə gəzərkən ilan onun ayağından sancıb. Dərhal xəstəxanaya yerləşdirilən 7 yaşlı qıza ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR