Gəncədə oğurluq edən şəxs yaxalanıb

Gəncədə oğurluq edən şəxs yaxalanıb
# 07 yanvar 2017 08:53 (UTC +04:00)

Gəncə şəhərində oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-nin saytına istinadən verdiyi məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 23-də Gəncə şəhər sakini Afət Aslanovanın evindən 2000 ABŞ dolları pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən həmyerlisi Rəşad Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR