Türkiyə və Almaniya XİN rəhbərləri ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə və Almaniya XİN rəhbərləri ikitərəfli münasibətləri müzakirə ediblər
# 22 iyul 2017 17:41 (UTC +04:00)

Türkiyə və Almaniya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Ziqmar Qabriel arasında telefon danışığı keçirilib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, nazirlər ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Almaniya rəsmilərinin Türkiyənin ünvanına səsləndirdikləri son açıqlamaları Ankaranın sərt reaksiyasına səbəb olub.

“Rəsmi Berlin nəinki PKK terrorçuları və FETÖ tərəfdarlarının Türkiyə əleyhinə fəaliyyətinə əhəmiyyət vermir, hətta terrorçuluqda şübhəli bilinərək saxlanılan və həbs edilən şəxslərin azad olunması ilə bağlı yolverilməz tələblər irəli sürürlər”, - deyə XİN-nin məlumatında bildirilir.

Türkiyə XİN-i Berlinin terrorçuluqla mübarizə və milli təhlükəsizliyin təmin edilməsi məsələsində Ankaranın maraqlarını nəzərə alacağına ümidvar olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR