Rusiyanın Udmurtiya Respublikasının rəhbəri 140 milyon rubl rüşvət almaqda günahlandırılır

Rusiyanın Udmurtiya Respublikasının rəhbəri 140 milyon rubl rüşvət almaqda günahlandırılır
# 04 aprel 2017 10:55 (UTC +04:00)

Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov 140 milyon rubl məbləğində rüşvət almaqda günahlandırılır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. O deyib ki, A. Solovyov haqqında yüksək miqdarda rüşvət almaq maddəsi ilə cinayət işi açılıb.


İstintaqın versiyasına əsasən 2014-2016-cı illərdə Solovyov Kambarka şəhərindəki Kama və Buy çayları üzərindən keçən körpünün tikintisi ilə məşğul olan şirkətdən 139 milyon rubl rüşvət alıb. Bundan başqa, məmura 2,7 milyon rubl dəyərində olan kommersiya firmasından pay verilib.


A. Solovyov artıq Moskvaya aparılıb. Yaxın vaxtlarda müstəntiqlər ona qarşı ittiham irəli sürəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR