Samuxda yol qəzası nəticəsində 12 yaşlı uşaq ölüb

Samuxda yol qəzası nəticəsində 12 yaşlı uşaq ölüb
# 25 iyul 2015 12:51 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 14.00 radələrində rayonun Tatlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Böyükkişiyev Elxan İlham oğlu kəndin yaxınlığında yolu keçmək istəyərkən “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 12 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR