Daha iki küçədə rənglənmə işləri həyata keçiriləcək

Daha iki küçədə rənglənmə işləri həyata keçiriləcək
# 04 aprel 2017 16:04 (UTC +04:00)

Bu gecə Nəsimi rayonu, 28 May və Xəqani küçəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR