Yavər Camalov Pakistanda müdafiə sərgisində iştirak edəcək

Yavər Camalov Pakistanda müdafiə sərgisində iştirak edəcək
# 18 noyabr 2016 12:34 (UTC +04:00)

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində keçiriləcək “İDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir.

Səfər çərçivəsində Y. Camalovun Pakistan dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR