Ağdamda 85 yaşlı kişiyə qarşı quldurluq edən şəxslər tutulub

Ağdamda 85 yaşlı kişiyə qarşı quldurluq edən şəxslər tutulub
# 20 fevral 2017 08:43 (UTC +04:00)

Fevralın 4-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən iki naməlum şəxs ev sahibini yerə yıxaraq əlləri ilə boğazından tutub, lakin bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR