Kişinyovda etiraz aksiyası davam edir

Kişinyovda etiraz aksiyası davam edir
# 07 sentyabr 2015 23:19 (UTC +04:00)

Bakı-APA. Moldovanın paytaxtı Kişinyovda 3 minədək insan etiraz aksiyası keçirir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, paytaxta əyalətdən gələn etirazçıların sayı artıb.

Sentyabrın 7-də səhər saatlarında Kişinyovun mərkəzində 60 çadır quraşdırılmışdı. Hazırda çadırların sayı 150-yə çatıb.

Etirazçılar prezident və baş prokurorun istefasını, həmçinin, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, sentyabrın 6-da Kişinyovda etirazçılar və polis arasında baş vermiş toqquşmalar nəticəsində 6 asayiş keşikçisi xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR