Mərkəzi Bankın valyuta ehtiyatları 8,5% artıb

Mərkəzi Bankın valyuta ehtiyatları 8,5% artıb
# 01 mart 2017 15:07 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

"APA-Economics" AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci il martın 1-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 369,3 mln. dollar təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1% və ya 42,1 mln. dollar çoxdur. Fevral ayının 1-ə tənzimləyicinin ehtiyatları 4 mlrd. 327,2 mln. dollar təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 8,5% və ya 343 mln. dollar artım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR