Tərcümə Mərkəzi yeni layihəyə start verib

Tərcümə Mərkəzi yeni layihəyə start verib
# 21 may 2018 10:25 (UTC +04:00)

Azərbaycan Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində yeni layihəyə – ədəbiyyatımızı dünyaya beynəlxalq elektron informasiya şəbəkələri vasitəsi ilə təqdim edəcək “Azərbaycan ədəbiyyatı virtual aləmdə” adlı yeni layihəyə start verib.

Mərkəzdən APA-ya verilən məlumata görə, layihənin ilki dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilib. Belarusun məşhur “Sozvuçie” (Созвучие – литература и публицистика стран Содружества) ədəbi portalı “Lareü jemçujin” (İncilər xəzinəsi) rubrikası altında Nizami Gəncəvinin həyatına dair məlumata və şairin əsərlərinə geniş yer ayırıb.

“Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsinin ingilis, fransız, alman, türk, ərəb, çex və digər dillərdə müvafiq dünya portalları vasitəsilə davamlı olaraq yayımlanacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR