SOCAR: Son illərdə atmosferə atılan 4,5 mlrd. kubmetrə qədər səmt qazı qaz təsərrüfatına verilib

SOCAR: Son illərdə atmosferə atılan 4,5 mlrd. kubmetrə qədər səmt qazı qaz təsərrüfatına verilib
# 07 may 2018 08:47 (UTC +04:00)

SOCAR, BP və Dünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq! (GGFR) Təşkilatının birgə layihəsi nəticəsində son illərdə atmosferə atılan ümumi 4,5 mlrd. kubmetrə qədər səmt qazı platformalarda tutularaq ölkənin qaz təsərrüfatına verilib.

"AÖA-Economics"in məlumatına görə, bunu bu gün SOCAR prezidenti Rövnəq Abdullayev GGFR Təşkilatının illik toplantısında toplantıda bildirib.

Onun sözlərinə görə, bu gün bəşəriyyət bir neçə qlobal xarakterli üzləşib ki, bunlardan biri də ətraf mühitin qorunmasıdır: "Ekoloji problemlər bir ölkənin sərhədləri ilə məhdudlaşmır, bütün yer kürəsinin əhatə edir. Bu səbəbdən SOCAR-ın bu istiqamətdə əsas çalışmaları məhz beynəlxalq təşkilatlarla birgə həyata keçirilir. Səmt qazının yandırılmasının azaldılması ətraf mühitinin qorunmasına töhfə verməklə yanaşı, həm də bu dəyərli resursu ölkə iqtisadiyyatına qazandırır, iqtisadi dayanıqlığa xidmət edir".

Dünya Bankının ölkə üzrə meneceri Navid Nəqvi isə çıxışında bildirib ki, hazırda 75-dən çox hökumət, neft şirkətləri və inkişaf institutları 2030-cu ilədək SOCAR-ın səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsünə qoşulub. O bildirib ki, Azərbaycan və SOCAR-la artıq 10 ildir ki, karbon emissiyasının azaldılması istiqamətində səmərəli əməkdaşlıq edir: "SOCAR-ın bu sahədə uğurlu təcrübəsi dünyamızın üzləşdiyi qlobal ekoloji problemi aradan qaldırılmasına mühüm töhfədir və bütün neft və qaz şirkətləri üçün nümunə ola bilər",

SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, hər il 1 milyard kubmetrə yaxın səmt qazı toplanır, o cümlədən "Neft Daşları"ndan 280 mln., "Günəşli" yatağından 310 mln. və "Çıraq" yatağında 350 mln. kubmet qaz toplanaraq qaz təsərrüfatına istifadəyə yönəldilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR