Bu ilin II rübündə Azərbaycan xam neftin ixracını 18% artırıb

Bu ilin II rübündə Azərbaycan xam neftin ixracını 18% artırıb
# 27 iyul 2018 07:57 (UTC +04:00)

2018-ci ilin ikinci rübündə xam neftin ixracında əhəmiyyətli artım müşahidə olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə 2018-ci ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri SOCAR-ın açıqladığı məlumatda qeyd olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracı 18% artaraq 6,1 milyon tona yüksəlib. Cari ilin iyun ayında xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24% geridə qoyaraq 2,1 milyon tona qədər artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR