Rusiya XİN: Belarus müttəfiqlik əlaqələrinin ruhuna zidd addım atıb

Rusiya XİN: Belarus müttəfiqlik əlaqələrinin ruhuna zidd addım atıb
# 08 fevral 2017 10:17 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar bəyanat yayıb.


APA-nın Moskva müxbirinin xəbərinə görə, bəyanatda deyilir:

“Əldə olunan məlumata görə, fevralın 7-də Belarus Respublikasının Ali Məhkəməsi qapalı rejimdə Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması haqqında Belarus Prokurorluğunun qərarından şikayətini təmin etməyib. Rusiya tərəfi Rusiya və Belarus arasındakı müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum qərardan dərin məyusluq hissi keçirir. Rusiya öz vətəndaşının tezliklə öz ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR