Məmmədyarov: "Hamburqda keçiriləcək 2+3 formatında görüşdə həmsədr ölkələrin nazirləri iştirak edəcək"

Məmmədyarov: "Hamburqda keçiriləcək 2+3 formatında görüşdə həmsədr ölkələrin nazirləri iştirak edəcək"
# 29 noyabr 2016 11:59 (UTC +04:00)

"Mən Fransada olarkən Fransa tərəfindən təklif oldu ki, 2 münaqişə tərəfi və həmsədrlər tərəfdən də nazirlər olmaqla 2+3 formatında görüş olsun".

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika Respublikasından olan həmkarı Maite Nikoana Maşabane ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycan tərəfinin bu təklifi dəstəklədiyini bildirib. Nazir həmçinin iki həmsədrin dəyişməsi məsələsinə də münasibət bildirib: "Həmsədrlərin dəyişməsinin inanmıram hansısa təsiri olsun. Yeni fransalı həmsədr regionla tanışdır, təcrübəli diplomatdır. Tarixə baxsanız, Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Fransanın Baş Konsulluğunda baş tutmuşdu və konsul həmin adam idi. O, yəqin ki, məsələ ilə ciddi və dərindən məşğul olacaq. Ceyms Uorliklə isə Hamburqda sonuncu görüşümüzü keçirəcəyik. Onun yerinə kimin olması məsələsi isə Dövlət Departamentindən asılıdır. Yeni amerikalı həmsədrin kim olacağını Administrasiya formalaşandan sonra biləcəyik.

E. Məmmədyarov Azıx mağarasında əcnəbi alimlərin qanunsuz təhqiqat aparmasına da toxunub. O bununla bağlı ciddi məşğul olduqlarını bildirib: "Burada hüquqi məsələlər də ortaya çıxır, biz bunu araşdırırıq. Hüquqşünaslar da məsələ ilə məşğul olurlar. Nəticələr barədə açıqlama verəcəyik".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR