General Səməd bəy Mehmandarovun nəticəsi məhkəmədə ifadə verib

General Səməd bəy Mehmandarovun nəticəsi məhkəmədə ifadə verib
# 04 aprel 2018 10:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Z. Əsgərovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Aygün Mehmandarlı məhkəmədə ifadə verərək, ona dəyən ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Proses aprelin 9-da davam etdiriləcək.

İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilsə də, məhkəməyə gəlmədiyi üçün axtarış verilib və həbs olunub.

Zərərçəkən Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR