Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin mənfi saldosu 7% azalıb

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin mənfi saldosu 7% azalıb
# 18 dekabr 2019 12:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 764 008,92 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 38 183,3 min dollar və ya 5,3% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 22 710,52 min dollar və ya 7,3% artaraq 334 065,88 min dollara, idxalın həcmi isə 15 472,78 min dollar və ya 3,7% artaraq 429 943,04 min dollar təşkil edib.

Nəticədə, 95 877,16 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 237,74 min dollar və ya 7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR