Masallı sakini bibisi oğlunu qətlə yetirib

Masallı sakini bibisi oğlunu qətlə yetirib
# 19 sentyabr 2017 07:45 (UTC +04:00)

Masallıda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənd sakini Afiq Rafiq oğlu Allahverdiyev dayısı oğlu Vüsal Rüfət oğlu Hüseynov tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən A.Allahverdiyev orada dünyasını dəyişib.

Hadisəni törədən V.Hüseynov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR