Ermənistanda hərbi komissarlığın şöbə müdiri rüşvət alarkən saxlanılıb

Ermənistanda hərbi komissarlığın şöbə müdiri rüşvət alarkən saxlanılıb
# 10 noyabr 2016 21:16 (UTC +04:00)

Noyabrın 10-da Ermənistanın Şirak vilayəti Gümrü Regional Hərbi Komissarlığının əməkdaşı rüşvət alarkən saxlanılıb.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyanın məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində Gümrü Regional Hərbi Komissarlığının 4-cü şöbəsinin rəisi mayor Artyom Marqaryan rüşvət alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR