Tanışını bıçaqlayan şəxsə 7 illik həbs cəzası verilib

Tanışını bıçaqlayan şəxsə 7 illik həbs cəzası verilib
# 31 iyul 2015 15:39 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Bahadur Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bahadur Əliyev aralarında yaranan mübahisə zəminində tanışı Ruspeykor Orxan Rüfət oğluna bıçaq zərbəsi yetirərək hadisə yerindən qaçıb. Polisin araşdırmalarından sonra saxlanan Bahadur Əliyev törətdiyi cinayəti etiraf edib. O, ilkin ifadəsi zamanı hadisə baş verən gün çay evinə gedərək Orxanla söhbət etmək istədiyini, ancaq Orxanın yanında olan dostlarının söhbət etmələrinə mane olduğunu bildirib. Daha sonra çay evində Bahadurla Orxan arasında dava düşüb və Orxan onun ünvanına nalayiq ifadələr işlədib. Təhqirlərə dözə bilməyən Bahadur Orxana 3 bıçaq zərbəsi yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR