“Azərbaycan dili” imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

“Azərbaycan dili” imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb
# 11 aprel 2017 09:01 (UTC +04:00)

Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” imtahanı ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına 11-13 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR