Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanın Müstəqillik Gününü təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.
“Qazaxıstanı və qardaş Qazaxıstan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Qazaxıstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı naminə inkişaf edəcək”, - deyə qeyd olunub.