Qadının şəklini internetdə yaymaqla şantaj edən şəxslərə hökm oxunub

Qadının şəklini internetdə yaymaqla şantaj edən şəxslərə hökm oxunub
# 11 iyul 2017 10:12 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Tacəddin Zeynalov və Camal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətində azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhər sakini olan qadının açıq-saçıq şəklini internetdə yayacaqlarını deyərək, ona qarşı hədə-qorxu gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR