Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadınların sayı 2,3 dəfə artıb

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadınların sayı 2,3 dəfə artıb
# 06 fevral 2018 14:42 (UTC +04:00)

2005-2015-ci illər ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadınların sayı 2,3 dəfə artıb.

"APA-Economics"in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib ki, Əgər 2005-ci ildə 4328 qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2015-ci ildə onların sayı 9899-a çatıb.

"2005-ci ildə peşə, elmi və texniki fəaliyyəti ilə 14811 qadın məşğul olurdusa, 2015-ci ildə onların sayı 25386-nı ötüb. Tikinti sahəsində fəaliyyət göstərən qadınların sayı 2005-ci ildə 5177, 2015-ci ildə isə 7154 nəfər olub. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan qadınların sayı 2005-ci ildə 8170 nəfər idisə, 2016-cı ildə bu rəqəm artaraq 9800 nəfər təşkil edib", - deyə H. Hüseynova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR