Fərdi uçot sistemində hesaba malik şəxslərin sayı 3 mln. 600 minə çatır

Fərdi uçot sistemində hesaba malik şəxslərin sayı 3 mln. 600 minə çatır
# 15 mart 2018 12:14 (UTC +04:00)

Cari ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq qeydiyyata alınan sığortaolunanların sayı 11 852 nəfər təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da fondun fərdi uçot sistemində şəxsi hesaba malik şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 166 068 nəfər artaraq 1 mart 2018-ci il tarixə 3 mln. 597 min 367 nəfərə çatıb.

Qeydiyyata alınmış hər bir sığortaolunana onların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb edilən mühüm məlumatların toplanılması üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılıb. Həmçinin uçota alınmalarını, adlarına fərdi şəxsi hesabın açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək onlara təqdim olunub. Sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanın onlayn uçota alınması” adlı elektron xidməti vasitəsilə onlayn qaydada da həyata keçirmək mümkündür və indiyədəkbu e-xidmətdən 867 min dəfə istifadə edilib.

Vətəndaşlar onlar üçün açılmış fərdi şəxsi hesablarda məcburi dövlət sosial sığorta haqları formasında gələcək pensiya və digər sosial müdafiə hüquqlarına malik olmaları üçün pensiya kapitalı toplamaq imkanı əldə edirlər. Bu hesablarda toplanan pensiya kapitalı barədə müntəzəm olaraq məlumat öyrənmək, sosial sığorta ödənişlərinin mütəmadi həyata keçirilməsinə nəzarət etmək üçün isə Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti sığortaolunanların istifadəsindədir. Vətəndaşlar bu vaxta qədər həmin e-xidmətdən 600 min dəfə faydalanıblar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR