DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə keçirilib

DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə keçirilib
# 28 sentyabr 2017 15:17 (UTC +04:00)

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, rəftar məsələləri araşdırılıb.

Bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, müraciətləri üzrə hər birinə hüquqi məsləhətlər verilib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR