Samuxda avtomobilin körpüdən aşması nəticəsində ölənlərin sayı beşə çatıb - YENİLƏNİB - 1 - VİDEO

 Samuxda avtomobilin körpüdən aşması nəticəsində ölənlərin sayı beşə çatıb - <span style="color: red;">YENİLƏNİB - 1  - <span style="color: red;">VİDEO
# 31 iyul 2015 15:33 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

Gəncə Təcili Tibbi Yardım Stansiyasından APA-nın qərb bürosuna verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.

Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib:

Ölənlər şəxslər bunlardır:

  • Zöhrab Məmmədov (sürücü)
  • Maral İsmayılova
  • Hicran İsmayılova
  • Kafya İsmayılova
  • Məleykə Həsənova (azyaşlı)

Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar.

Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir.

***

17:39

Gəncə. Azər Məmmədli - APA. Azərbaycanın Samux rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın Gəncə bürosunun məlumatına görə, "VAZ-2106" markalı, 51-BE-826 markalı avtomobil Gəncə çayının üzərindəki körpüdən aşıb.

Avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

Xəstəxanaya yerləşdirilən azyaşlılardan biri isə orada keçinib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.


Qeyd edək ki, hazırda Gəncə çayının suyu quruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR