4 saylı Bakı “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək

4 saylı Bakı “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək
# 07 avqust 2015 07:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Avqustun 8-9-da 4 saylı Bakı “ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək. “ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, vətəndaşlar qeyd olunan tarixlərdə hazır sənədlərlə bağlı əvvəlki qaydada mərkəzə müraciət edə biləcəklər.

Sənəd qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür. Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlərimiz də fəaliyyətini davam etdirir.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR