Bank Of Baku

Albaniya millisi Türkiyəyə məğlubiyyətdən sonra baş məşqçisi ilə vidalaşıb

Albaniya millisi Türkiyəyə məğlubiyyətdən sonra baş məşqçisi ilə vidalaşıb
# 23 mart 2019 17:24 (UTC +04:00)

Futbol üzrə Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi istefaya göndərilib. ONA-nın məlumatına görə, buna AVRO-2020-nin seçmə mərhələsinin startındakı məğlubiyyət səbəb olub.

K.Panuççinin komandası ev oyununda Türkiyəyə 0:2 hesabı ilə uduzublar. Albaniya Futbol Federasiyası bu nəticədən sonra italiyalı mütəxəssisi istefaya göndərməyə qərar verib.

Onun rəhbərliyi dövründəki uğursuzluqlar federasiyanı belə addım atmağa vadar edib. DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməyən Albaniya UEFA Millətlər Liqasında qrup sonuncu olub. Yeni tsiklə evdə məğlubiyyətlə başlanılması isə final mərhələsi şanslarına ciddi təsir edib.

Qeyd edək ki, K.Panuççi 2017-ci ilin iyulunda Albaniya yığmasına baş məşqçi təyin olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR