Bank Of Baku

Almaniya kubokunun ilk yarımfinalçıları müəyyənləşib

Almaniya kubokunun ilk yarımfinalçıları müəyyənləşib
# 03 aprel 2019 01:37 (UTC +04:00)

Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib. 

ONA-nın məlumatına görə, ilk oyun günündə yarımfinalçılardan ikisi müəyyənləşib.

Səfərdə “Paderborn”a iki cavabsız qolla qalıb gələn “Hamburq” ilk vəsiqənin sahibi olub. Digər yarımfinalçı “Auqsburq” – “Leypsiq” görüşündə bəlli olub. Bu qarşılaşmada oyunun əsas vaxtı heç-heçə başa çatıb – 1:1. Əlavə vaxtın sonunda qələbə qolunu vuran Leypsiqin eyniadlı təmsilçisi yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu aprelin 3-də keçiriləcək. “Bavariya” “Haydenhaym”, “Şalke” “Verder”lə üz-üzə gələcək.

Almaniya kuboku
1/4 final
2 aprel

“Paderborn” – “Hamburq” – 0:2
Lasoqqa, 54, 66

“Auqsburq” – “Leypsiq” – 1:2 (əlavə vaxtda)
Finnboqasson, 90 - Verner, 74, Halstenberq, 120 (pen.)
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR