Bank Of Baku

Avropa Oyunları: Bədii gimnastlarımızın və akrobatlarımız xalçaya çıxacaqları nömrə dəqiqləşib

Avropa Oyunları: Bədii gimnastlarımızın və akrobatlarımız xalçaya çıxacaqları nömrə dəqiqləşib
# 03 may 2019 11:39 (UTC +04:00)

Minskdə II Avropa Oyunları çərçivəsində keçiriləcək bədii gimnastika və akrobatika üzrə yarışların püşkü atılıb. 

ONA-nın məlumatına görə, turnirdə Azərbaycan idmançılarının da xalçaya çıxacaqları nömrə dəqiqləşib. 

Belə ki, fərdi çoxnövçülük yarışında gimnastımız 2-ci nömrə altında çıxış edəcək. Burda 12 idmançı mübarizə aparacaq. Qrup hərəkətləri üzrə 8 komandanın qatılacağı Minsk-2019-da Azərbaycan xalça üzərinə 4-cü çıxacaq. 

Yığmamız akrobatikada kişilərin və qadınların mübarizəsində yer almayacaq. Komandamız qarışıq cütlərdə qüvvəsini sınayacaq. Gimnastlarımız balans hərəkətlərinə 3-cü, dinamik hərəkətlərə 8-ci, kombinə olunmuş hərəkətlərə 7-ci çıxacaq. 

Qeyd edək ki, gimnastikanın bu növləri üzrə yarışları iyunun 22-23-də “Minsk-arena”da olacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR