Bank Of Baku

Azərbaycan güləşçiləri Dünya Seriyasında 3 medal qazanıblar

Azərbaycan güləşçiləri Dünya Seriyasında 3 medal qazanıblar
# 12 may 2019 11:17 (UTC +04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində çimərlik güləşi üzrə lisenziya xarakterli Dünya Seriyası turniri keçirilib.

ONA-nın məlumatına görə, Azərbaycan güləşçilərindən üçü yarımfinala vəsiqə qazanıb. 

Kənan Əliyev (90 kq) yarımfinalda uduzsa da, İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (+90 kq) finala yüksəlib. Yekunda Əliyev bürünc, Yusubovla Nəzəriani isə gümüş medal qazanıb.

Xatırladaq ki, Portuqaliyadakı yarışda olduğu kimi, bu turnirdə də toplanan lisenziya xallarına əsasən payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqələrin sahibləri müəyyənləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR