Bank Of Baku

Azərbaycan idmançısı dünya çempionatında 17-ci yeri tutub

Azərbaycan idmançısı dünya çempionatında 17-ci yeri tutub
# 23 mart 2019 20:09 (UTC +04:00)

Yaponiyada keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı başa çatıb. 

ONA-nın məlumatına görə, yarışın son günündə daha bir Azərbaycan idmançısı buz üzərinə çıxıb.

Kişilərin yarışında qüvvəsini sınayan Vladimir Litvintsev sərbəst proqramda qüvvəsini sınayıb. Qısa proqramda 16-cı olan təmsilçimiz həlledici çıxışında 19-cu nəticə göstərib. 

İki proqramın cəmində 230,84 xal toplayan fiqurlu konkisürənimiz dünya çempionatının yekununda 17-ci olub.

Qeyd edək ki, dünya çempionu adına ABŞ idmançısı Natan Çen yiyələnib – 323,42. Yaponiyalı Yuzuru Hanyu 300,97 xalla ikinci, ABŞ təmsilçisi Vinsenr Ju 281,16 xalla üçüncü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR